APA-nın bildirdiyinə görə, bu barədə erməni mediası Dağlıq Qarabağdakı separatçı rejimin «turizm idarəsi»nə istinadən məlumat yayıb.
Hazırda bununla bağlı İngiltərə, İtaliya, Skandinaviya, bir sıra Qərbi Avropa və Latın Amerikası ölkələrində təbliğat işləri aparılır. Dağlıq Qarabağın turizm imkanları və bölgədə turizmin inkişafına sərmayələrin yatırılması təbliğ edilir.
Yaxın vaxtlarda Avropada keçirilən daha bir neçə beynəlxalq turizm sərgisində Qarabağın ayrıca stendlə təmsil olunması planlaşdırılır.
Məlumatda bildirilib ki, xüsusilə regionun Ağdərə, Kəlbəcər və Laçın rayonları turistlərin marağına səbəb ola biləcək yerlərdir. Bu ərazilərdə turizmin inkişafı məqsədilə separatçı rejim tərəfindən hazırlanmış xüsusi proqram çərçivəsində yol infrastrukturu yaradılır və təhlükəli ərazilərin minalardan təmizlənməsi prosesi gedir.