Cəbhədə atəşkəs rejimi yenə pozulub. Lent.az-ın Müdafiə Nazirliyinə istinadən məlumatına görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 82 dəfə pozaraq mövqelərimizi intensiv atəşə tutub.
Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan, Voskevan, Dovex kəndlərində, İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı, Qaymaqlı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağdam, Əlibəyli, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndi və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Kəngərli, Sarıcalı, Şıxlar, Cəvahirli, Qaraqaşlı, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

Ermənilər Horadizi atəşə tutub
Oxşar yazılar

Gəncədə sakini narkotik vasitənin əsirindən komaya düşdü
10 iyul 2025 , 07:54
Gəncədə avtomobil aşdı, xəsarət alanlar var
10 iyul 2025 , 00:53
“Oğlumu öldürdülər, nişanına hazırlaşırdıq” – Qətlə yetirilən Ümid Soltanovun atası
9 iyul 2025 , 21:43
Rusiyadan Azərbaycan şirkətlərinə QADAĞA
9 iyul 2025 , 19:33
DSX mayoruna hücumda təqsirləndirilənlərin məhkəməsi: Ramal Aslanov ifadə verdi
9 iyul 2025 , 18:52
Bakıda iş adamının iki villasından yarım milyon manatdan çox oğurlandı
9 iyul 2025 , 17:32
Magistral yolda TIR aşdı, ata-oğul yanıb öldülər
9 iyul 2025 , 17:24