
Evli qadını qaçırdığına görə öldürülən şəxslə bağlı YENİ XƏBƏR
Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada qohumunun arvadını qaçırdığı üçün döyülərək öldürülən Elşad Əsədovun qətlinə görə həbs edilən Şahmar Əsədov, Pərviz Əsədov, Sadıq Dadaşov, Mətləb Muradov, Zabit Yolçuyev və Nazim Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Zabit Yolçuyev, Şahmar Əsədov və Pərviz Əsədovun vəkilləri də vəsatət verərək müdafiə etdiyi şəxslərin ev dustaqlığında buraxılmalarını istəyiblər.
Vəkillər məhkəmə prosesinin videolentə alınmasını istəyiblər.
Məhkəmə müşavirədən sonra qərarı elan edib. Qərara əsasən, vəsatətlər təmin edilməyib və məhkəmənin baxış iclası oktyabrın 29-na təyin edilib.
Qeyd edək ki, ötən il Qubanın Tülər kəndində Elşad Əsədov qohumları – Sadiq Dadaşov, Elman Muradov və Mətləb Muradov tərəfindən döyülərək öldürülüb. Hadisə qısqanclıq zəminində baş verib.
Elşad Əsədov hadisədən bir neçə gün əvvəl Sadiq Dadaşovun qızı Aynur Əsədovanı qaçırıb. Aynur Əsədova Elşad Əsədovun əmisinin gəlini olub. Bu qaçırılma olayından sonra Sadiq Dadaşov, Elman Muradov və Mətləb Muradov Elşad Əsədovu tutublar, əvvəlcə onu döyüblər, sonra videoya çəkiblər. Ağır bədən xəsarəti alan Elşad Əsədov ölüb.
Oxşar yazılar

Şəmkirdə 3 azyaşlı göldə batdı - YENİLƏNİB
4 iyul 2025 , 19:29
Keçmiş diplomat Ramiz Vəliyevin məhkəməsi başladı
4 iyul 2025 , 18:16
Gəncədə evdə partlayış, yaralanan kişi Bakıya gətirildi - YENİLƏNİB
4 iyul 2025 , 18:15
Astarada ağacdan yıxılan kişi öldü
4 iyul 2025 , 17:46
Bakıda qəbiristanlıqda narkotik satan şaxlanıldı - VİDEO
4 iyul 2025 , 16:59
Ermənistan ordusunun Kəlbəcərin işğalı zamanı mülki əhalini atəşə tutması ilə bağlı ifadələr dinlənilib
4 iyul 2025 , 14:17
Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
4 iyul 2025 , 13:29