Əməkdar artist Kübra Əliyevanın böyük oğlu Rauf Məmmədov dünyasını dəyişib. Lent.az-ın gecce.az-a istinadən verdiyi xəbərə görə, bu barədə aktrisanın özü məlumat verib: "Rauf cəzaçəkmə məntəqəsinin xəstəxanasında yatırdı. Ciyərində xəstəliyi var idi. Həkimlər çox səy göstərdi, amma ağır vəziyyətdən xilas edə bilmədilər. Böyük oğlum idi, dayağım idi, getdi... Övlad dərdi mənə dağ çəkdi".
Xatırladaq ki, 5 il öncə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakıda aptekə basqın etməkdə təqsirləndirilən, Rauf Məmədov 14 il müddətinə azadlıqdan məhrum edilmişdi. R.Məmmədov Cinayət Məcələsinin 181-ci (quldurluq) və 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham olunmuşdu.
Onu da qeyd edək ki, Kübra xanım 5 il öncə daha bir övladını itirib. Onun kiçik oğlu da dünyasını dəyişib.

Əməkdar artist Kübra Əliyevanın oğlu türmədə öldü
Oxşar yazılar

Xaçmazda yük maşını hasara çırpıldı, sürücü öldü
15 iyul 2025 , 02:14
Şəmkirdə maşın piyadanı vurub öldürdü
15 iyul 2025 , 00:39
Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25