Elşad Miri: "Evimdən 34 min manat oğurlayanların..."
10 fevral 2015 19:20 (UTC +04:00)

Elşad Miri: "Evimdən 34 min manat oğurlayanların..."

"Evimdən 34 min manat nağd pul, məişət texnikaları və qızıl-zinət əşyaları oğurlayan şəxslərin kimliyi hələ müəyyən edilməyib".

 

Bu açıqlamanı APA TV-yə ilahiyyatçı Elşad Miri verib. Onun sözlərinə görə, oğurluq hadisəsindən iki gün əvvəl ofisinin yerini dəyişməklə məşğul olub, bu səbəbdən texnikaları Biləcəri qəsəbəsindən yerləşən mənzilinə gətirib. İlahiyyatçı hadisədən bir həftə əvvəl sosial şəbəkələrdə özünün və ailəsinin öldürülməklə hədələndiyi barədə məlumatlar yazıldığını, bu barədə materialları müvafiq strukturlara təqdim etdiyini deyib. Elşad Mirinin sözlərinə görə, hədələnməsi ilə evindən oğurluq hadisəsi arasında əlaqə olub-olmadığını bilmir. Hazırda faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 223
avatar

Oxşar yazılar