Ələt-Astara magistralında dəhşət: ölənlər və yaralananlar var - YENİLƏNİB
22 oktyabr 2013 12:42 (UTC +04:00)

Ələt-Astara magistralında dəhşət: ölənlər və yaralananlar var - YENİLƏNİB

Salyan Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi rayonun Yolüstü kəndində qeydə alınıb. 1942-ci il təvəllüdlü Qurban Qara oğlu Ağarzayevin idarə etdiyi  “52-BG-932” dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillə 1962-ci il təvəllüdlü Dünyamalı Ağalar oğlu Əmrəliyevin idarə etdiyi “50-BR-564” dövlət nömrə nişanlı “VAZ 21-06” markalı avtomobil toqquşub.

 

Qəza nəticəsində “VAZ 21-06” da olan 1972-ci il təvəllüdlü Ələddin Qadir oğlu Ağarzayev və həyat yoldaşı 1971-ci il təvəllüdlü Xanım Sultan qızı dünyasını dəyişib. Onların oğlu - 2001-ci il təvəllüdlü Abbas, 1971-ci il təvəllüdlü Gülarə Əliheydər qızı Abbasova, 1963-cü il təvəllüdlü Elmira Əliheydər qızı Abbasova ağır xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

 

Polisdən həmçinin bildirilib ki, “Hyundai” markalı sürücü qəzada ölən Ə. Ağarzayevin əmisidir.

 

Faktla bağlı araşdırma aparılır. 

 

 

 

*****

 

11:33

 

Bakı-Ələt-Astara yolunda dəhşətli yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, magistral yolun Salyan rayonundan keçən hissəsində “VAZ” və “Hyundai” markalı iki minik avtomobili toqquşub. Nəticədə iki nəfər hadisə yerindəcə keçinib. Daha 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı BDYPİ-nin istintaq idarəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4699
avatar

Nizam Rza

Oxşar yazılar