Əl yükündən narkotik vasitə çıxdı
01 oktyabr 2015 10:20 (UTC +04:00)

Əl yükündən narkotik vasitə çıxdı

0

Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycana “Renault Megan” markalı minik avtomobili ilə sərnişin qismində gələn İran vətəndaşı Meisam Ahmadi gömrük nəzarətindən keçərkən kinoloji xidmət iti onun çamadanına reaksiya verib. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, nəticədə, həmin əl yükünə baxış zamanı oradan 4 ədəd bükümdə, ümumi xalis çəkisi 20,17 qram olan narkotik vasitə - həşiş aşkar edilib.

 Faktla bağlı təhqiqat aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 229

Oxşar yazılar