Dövlət Agentliyi yanında İctimai Şura yaradıldı
06 mart 2013 17:27 (UTC +04:00)

Dövlət Agentliyi yanında İctimai Şura yaradıldı

Osman Gündüz İctimai Şuranın koordinatoru seçilib

 

“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən davamlı işlər aparılır.

 

Agentlikdən Lent.az-a verilən məlumata görə, Azərbaycanın tanınmış vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Agentliyin inzibati binasında keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın yaradılması təklif irəli sürülüb.

 

İclasda iştirak edən Agentliyin sədri İnam Kərimov bu təşəbbüsü dəstəkləyərək qeyd edib ki, ictimai şuraların yaradılması və aktiv fəaliyyəti təşəbbüsü çöx mühümdür. İctimai Şuranın təsis olunmasında  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyar üzrə Dövlət Agentliyinin, Azərbaycan İnternet Forumu, «Şəffaflıq  Azərbaycan», («Transparency Azerbaijan»), Korrupsiyaya qarşı mübarizə Fondu, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına yardım Fondu, Azərbaycan Hüquqşünasları Konfederasiyası, Sahibkarlar  Təşkilatları Milli Konfederasiyası, «Hüquq və İnkişaf» İctimai Birlyi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının nümayəndələri iştirak edib. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yekdilliklə İctimai Şuranın koordinatoru seçilib.

 

Qeyd edək ki, İctimai Şura öz işini təşkil etmək məqsədilə Agentliklə razılaşdırmaqla öz iş qaydasını müəyyən edəcək. Həmçinin, dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin yaradılması və təkmilləşdirilməsinə təşviqlə bağlı tədbirlər həyata keçirəcək. Həmçinin, İctimai Şura  ictimaiyyətlə informasiya münasibətlərinin daha effektiv qurulması məqsədilə öz rəsmi internet resursunu və  sosial media hesablarını yaradacaqdır. Bundan başqa, Şura vətəndaşlar arasında elektron xidmətlərə olan ehtiyacın və onların göstərilmə səviyyəsinin müəyyən edilməsi ilə bağlı sorğular və monitorinqlər keçirəcək, vətəndaşlar arasında elektron xidmətlərin istifadəsinə təşviqlə bağlı maarifləndirmə işlərini aparacaq. İctimai Şuranın iclaslarına Agentliyin, aidiyyəti qurumların və kütləvi informasiya vasitələrinin, internet media qurumlarının nümayəndələrini dəvət ediləcək. Şura həyata keçirilən monitorinqlərin yekunları ilə əlaqədar aidiyyəti dövlət qurumuna məlumat və Agentliyə yazılı hesabat təqdim edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 828

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15