Daxili İşlər Naziriliyi Zaqatalada baş verən ağır qəza ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, fevralın 7-də saat 23 radələrində Zaqatala şəhərində rayon sakini İlkin Ömərov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə onun sərnişinləri Şamil Poladov, Camal Bağmanov və onun qardaşı Emin hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.