DİN zabiti qəza törətdi: yaralılar var
16 may 2014 16:51 (UTC +04:00)

DİN zabiti qəza törətdi: yaralılar var

Azərbaycanda hərbçilər qəzaya düşüb.


 

APA-nın məlumatına görə, hadisə Şirvan şəhərində qeydə alınıb. Daxili Qoşunların “N” saylı hərbi hissəsinin zabiti, leytenant Arif Oruc oğlu Yusifov idarə etdiyi “Mercedes” markalı maşını yol kənarındakı ağaca çırpıb.

 

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər – leytenant Orxan Qurbanov və kiçik çavuş Əzəmət Məmmədov xəsarətlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.  

# 1320
avatar

Oxşar yazılar