Daxili İşlər Nazirliyi Xəzər rayonunda baş verən qətllə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, sentyabrın 19-da Türkan qəsəbəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əli Məmmədov münaqişə zəminində həmyerlisi İlham Muradova bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş İ.Məmmədov orada ölüb.
Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Əli Məmmədov tutulub.
Faktla bağlı araşdırma aparılır.