DİN: "Tərtərdə silahlı insident olmayıb"
06 fevral 2013 22:43 (UTC +04:00)

DİN: "Tərtərdə silahlı insident olmayıb"

 “Bu gün Tərtərdə atışma olması və nəticədə iki nəfərin ölməsi barədə bəzi mətbuat orqanlarında yayılan məlumatlar həqiqətə uyğun deyil”. Bu sözləri APA-nın sorğusuna cavabında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib.

 

O, qeyd edib ki, Tərtərdə heç bir silahlı insident baş verməyib: “Bu barədə yayılan məlumatlar isə təxribat xarakterli dezinformasiyalardır. Əksinə, Tərtər polisi son günlər cinayətkarlığa qarşı mübarizdə bir sıra uğurlu əməliyyat tədbirləri həyata keçirib”.


Tərtər rayon Polis Şöbəsinin rəisi Rauf Məcidov da APA-ya açıqlamasında rayonda silahlı insident olması və nəticədə iki nəfərin ölməsi barədə məlumatları təkzib edib: “Rayonda heç bir silahlı insident baş verməyib. Bu məlumatlar, ümumiyyətlə, kökündən yalandır”.

 

R. Məcidov Tərtər rayonunda əməliyyat keçirildiyi və bununla bağlı saxlanılan olduğunu isə təqdiqləyib: “Bəli, tərəfimizdən aparılan əməliyyat tədbirləri nəticəsində saxlanılan olub. Lakin mən əməliyyatın təfərrüatlarını açıqlaya bilmərəm. Həyata keçirilən tədbirlərlə bağlı Daxili İşlər Nazirliyi tərəfindən ictimaiyyətə əlavə məlumat veriləcək”.

 

Yerli mənbələrdən APA-ya daxil olan məlumatda son iki gündə rayon hüquq-mühafizə orqanlarının əməliyyat keçirdiyi bildirilib. Məlumata görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində bir neçə nəfər saxlanılıb. Saxlanılan şəxslərdən narkotik vasitələr götürüldüyü də bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1015
avatar

Oxşar yazılar