DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı
11 iyun 2013 13:07 (UTC +04:00)

DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikasında baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 10-da saat 05.00 radələrində Culfa rayonunun Camaldın kəndi ərazisində Kəngərli rayon sakini Fərman Süleymanovun idarə etdiyi "VAZ 21154" markalı və  Naxçıvan şəhər sakini Məmməd Dövlətovun idarə etdiyi "NAZ Lıfan C-620" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış hər 2 sürücü və F.Süleymanovun sərnişinləri, atası Məmməd, qızları Nəsrin, Nəzrin, habelə M.Dövlətovun sərnişinləri, Ordubad rayon sakinləri Raisa Məmmədova və onun qızı Günel xəstəxanaya yerləşdirilib.

 

F.Süleymanov, Məmməd, Nəsrin və Nəzrin orada ölüb. Culfa RPŞ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2409
avatar

Nizam Rza

Oxşar yazılar