Daxili İşlər Nazirliyi (DİN) AXCP Sumqayıt şəhər təşkilatının üzvü Daşqın Məlikovun həbsi ilə bağlı məlumat yayıb.
Lent.az-ın nazirliyin saytına istinadın verdiyi məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Daşqın Məlikovdan 1,49 qram tiryək və 1 ədəd saxta 100 manatlıq əsginas götürülüb.
Qeyd edək ki, Daşqın Məlikov barəsində Sumqayıt Şəhər Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.