DİN-in təyin etdiyi rüsum və cərimələrlə bağlı <span style="color:red;">YENİLİK
11 fevral 2015 13:24 (UTC +04:00)

DİN-in təyin etdiyi rüsum və cərimələrlə bağlı YENİLİK

0

Daxili İşlər Nazirliyinin “Rüsum və cərimələrin ödənişi” elektron xidmətinin “Elektron hökumət” portalı üzərindən göstərilməsinə başlanılıb.

 

Lent.az xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, e-xidmət vasitəsilə istifadəçilər rüsum və cərimələrin ödənişini heç yerə getmədən, vaxt itirmədən onlayn qaydada həyata keçirə bilərlər.

 

Sözügedən xidmətdən istifadə zamanı şəxsiyyət vəsiqəsinin seriyası/nömrəsi, VÖEN, sürücülük vəsiqəsinin seriyası/nömrəsi, sənədin nömrəsi, protokol seriyası/nömrəsi tələb olunur. Xidmətdən qeydiyyatdan keçmədən yararlanmaq mümkündür.

 

Qeyd edək ki, hazırda “Elektron hökumət” portalında Daxili İşlər Nazirliyinin “Rüsum və cərimələrin ödənişi” xidməti ilə yanaşı,  “FİN-ə görə fərdi məlumatların axtarışı” və “Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar”  e-xidmətləri göstərilir. Yanvar ayının elektron xidmətlərdən istifadə statistikasına əsasən, nazirlik ən çox müraciət olunan qurumlar arasında 6-cı pillədədir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar