Hindistanın şərqində başlayan dəhşətli fırtına 30 nəfərin həyatına son qoyub.
Lent.az Yeni Şafak-a istinadən xəbər verir ki, təbii fəlakət Purnea, Supaul və Madhubani bölgələrində insanları evsiz-eşiksiz qoyub.
On minlərlə evi dağılıb. Fırtına nəticəsində 100-dən çox insanın yaralandırğı, 2—dən çox Supaul sakininin itkin düşdüyü bildirilir.