Toyda şəkil çəkdirmək üstündə vəhşicəsinə döyüldü
12 sentyabr 2015 22:48 (UTC +04:00)

Toyda şəkil çəkdirmək üstündə vəhşicəsinə döyüldü

Daşkəsəndə döyülmə faktı qeydə alınıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə rayonun Dəstəfur kənd sakini, 1967-ci il təvəllüdlü Babək Sadıqov qapalı kəllə beyin travması, alın-təpə nahiyəsinin əzilməsi və bədənin müxtəlif nahiyələrinin xəsarəti əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Yaralıya dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. B. Sadıqov bildirib ki, kənddə keçirilən toy mərasimində şəkil çəkdirmək üstündə dava düşüb və bir neçə nəfə onu döyüb.

 

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 194
avatar

Oxşar yazılar