Daha bir azərbaycanlı zəvvar dünyasını dəyişdi
25 sentyabr 2015 23:06 (UTC +04:00)

Daha bir azərbaycanlı zəvvar dünyasını dəyişdi

0

Həcc ziyarətində daha bir azərbaycanlı zəvvar dünyasını dəyişib

 

Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

 

Onun sözlərinə görə, zəvvar Kəklik Aslanova günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, sentyabrın 24-də digər azərbaycanlı zəvvar, 55 yaşlı Fəxrəddin Zeynallı Minada şeytanı daşlayıb qurban kəsdikdən sonra qəfildən dünyasını dəyişmişdi. Onun ürək tutmasından öldüyü bildirilirdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 257

Oxşar yazılar