Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 800 metr sola nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumat əsasında dərhal dalğıc-xilasedicilər hadisə yerinə cəlb edilib. Həmin şəxs dalğıc-xilasedicilər tərəfindən xilas olunub və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:23-də başa çatıb.
Qeyd edək ki, bu gün səhər saatlarında da Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km sola nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atmışdı.