Bakıda soyğunçuluq etmiş şəxslər tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, sentyabrın 14-də saat 01 radələrində 20 Yanvar küçəsində Bərdə rayon sakini 1977-ci il təvəllüdlü Sənan Məmmədovu döyərək 300 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər müəyyən edilib. Nəsimi RPİ 19-cu PB, PPXB və ÇPA əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayon sakini, 1990-cı il təvəllüdlü Asdan Nəriman oğlu Kərimov, Sabirabad rayon sakini 1993-cü il təvəllüdlü Şahin Rahib oğlu Muradov, 2000-ci il təvəllüdlü Ağsu rayon sakini Tacir Şahin oğlu Rəhimov və Bakı şəhər sakini Rəqsanə Elşən qızı Quliyeva müəyyən olunaraq tutulub.
Faktla bağlı CM-nin 180-ci maddəsi ilə Cİ başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.