
Çəkiclə 7 yaşlı övladını vəhşicəsinə öldürən ataya HÖKM OXUNDU
Övladını çəkiclə qətlə yetirən ataya hökm oxunub.
Lent.az-ın Report-a istinadən verdiyi xəbərə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində 7 yaşlı oğlu Röyamini xüsusi amansızlıqla qətlə yetirən Sabirabad rayonunun Ulacalı kənd sakini 27 yaşlı Röyal Məmmədovun məhkəməsi yekunlaşıb. Hakim Nizami Quliyevin sədrliyi ilə keçən məhkəmə prosesində Röyal Məmmədova hökm oxunub. Məhkəmənin qərarına əsasən, o, 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, amansız qətl hadisəsi mart ayının 29-da baş verib. Belə ki, uzun illər narkotik istifadəçisi olan R.Məmmədov bu səbəbdən birinci arvadından ayrılıb. R.Məmmədovun ikinci həyat yoldaşından üç uşağı olub. Qətlə yetirilən Röyamin uşaqların birincisidir. R.Məmmədovla həyat yoldaşı arasında tez-tez ailə münaqişələri baş verib. Son münaqişə yaşadıqları evin satılması üstündə yaranıb. Qadın ərinə evi satmayacağını, yaşamaq üçün başqa yerlərinin olmadığını bildirsə də, narkotik maddə almağa görə borcunun olduğunu deyən ər arvadını cəzalandırmaq istəyib. Qadın qaçaraq canını qurtarıb. Arvadının qisasını oğlundan almaq istəyən R.Məmmədov onu sürüyə-sürüyə işlək vəziyyətdə olmayan köhnə kənd yeməkxanasına aparıb və yeməkxananın zirzəmisində uşağın başına çəkiclə zərbələr vurmaqla onu amansızlıqla qətlə yetirib.
Oxşar yazılar

Qəbələdə dağlıq-meşəlik ərazidə köməksiz qalan şəxs xilas olundu -VİDEO
1 iyul 2025 , 10:11
Yeniyetmə su kanalına düşüb
1 iyul 2025 , 09:32
Maşın vuran kişi 65 gün sonra öldü
1 iyul 2025 , 09:28
DTX dövlətə xəyanət edən şəxsi həbs etdi
1 iyul 2025 , 09:25
Rusiyada qətlə yetirilən azərbaycanlı qardaşların cənazəsi Ağcabədiyə gətirildi
1 iyul 2025 , 08:47
Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47