Cəbhədə yenidən <span style="color:red;">GƏRGİNLİK : Əlibəyli 5 saat atəş altında - YENİLƏNİB
28 iyun 2014 09:47 (UTC +04:00)

Cəbhədə yenidən GƏRGİNLİK: Əlibəyli 5 saat atəş altında - YENİLƏNİB

 

 

Tovuzun Ermənistanla sərhəd kəndi Əlibəylidə vəziyyət yenidən gərginləşib.


 

Kənd icra nümayəndəsi Valeh Rzayevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, ötən gecə saat 22-dən başlayaraq saat 03.30-a kimi erməni silahlı qüvvələri kəndi iriçaplı silahlardan atəşə tutublar.

 

Yaşayış evlərə ziyan dəysə də, xoşbəxtlikdən sakinlər arasında xəsarət alan olmayıb.

 

Düşmən Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi ilə susdurulub.

 

Valeh Kərimovun bildirdiyinə görə, son bir neçə gündə erməni silahlı qüvvələri kəndi intensiv atəşə tutaraq sakinlərin kənd təsərrüfatı işləri ilə məşğul olmasına imkan vermir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2097
avatar

Oxşar yazılar