"Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Ermənistan ordusunun bu gecə öldürülmüş əsgəri xidmət etdiyi hərbi hissədə intizamsızlığın qurbanı olub". Bu açıqlamanı APA-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib. O bildirib ki, Ermənistan ordusunun əsgəri Arman Osipyan öz əsgər yoldaşı tərəfindən güllələnərək öldürülüb: SİTAT: “Bizdə məlumat var ki, o, Ermənistan ordusundakı nizam-intizamsızlığın, qarşılıqlı münasibətlərin pozulmasının qurbanı olub. Bu gecə iki erməni əsgəri arasında baş vermiş atışmada Osipyan aldığı güllə yarasından ölüb, onu vuran əsgər yoldaşı isə ağır yaralı vəziyyətdə saxlanılıb”.
Qeyd edək ki, bu gün Ermənistan saytları yerli vaxtla saat 04:40 radələrində Qarabağ cəbhəsində baş verən atışmada 1995-ci il təvəllüdlü əsgər Arman Sergeyeviç Osipyanın öldüyü barədə məlumat yayıb.