Nəqliyyat naziri Ziya Məmmədovun əmrinə əsasən Saleh Ərşad oğlu Məmmədov müvəqqəti olaraq “Azəryolservis” ASC-in sədri
icra edəcək.
Lent.az-ın məlumatına görə, Saleh Məmmədov yeni təyinatına qədər Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-in Bakı şəhər 1 saylı Yİİ-nin rəisi vəzifəsində çalışıb.
Xatırladaq ki, bir müddət əvvəl “Azəryolservis” ASC-nin sabiq rəhbəri Cavid Qurbanov ölkə başçısının sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbər təyin edilib.