Bu şəxslərə hərbi xidmətdən möhlət hüququ veriləcək
15 noyabr 2017 15:49 (UTC +04:00)

Bu şəxslərə hərbi xidmətdən möhlət hüququ veriləcək

0

Azərbaycanda peşə təhsili alanlara növbəti təhsil pilləsinə keçmək üçün həqiqi hərbi xidmətdən möhlət hüququ veriləcək.

 

APA-nın məlumatına görə, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Peşə təhsili haqqında” qanun layihəsində əksini tapıb.

 

Qanun layihəsinin 4.1.36 maddəsində bildirilir ki, peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 383

Oxşar yazılar