Bosniya və Herseqovina yığmasına Azərbaycandan iki futbolçu
28 sentyabr 2015 19:28 (UTC +04:00)

Bosniya və Herseqovina yığmasına Azərbaycandan iki futbolçu

0

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində gələn ay son oyunlarını keçirəcək Bosniya və Herseqovina yığmasının heyəti açıqlanıb. Apasport.az saytı xəbər verir ki, Mehmed Bazdareviçin tərtib etdiyi siyahıda Azərbaycan Premyer Liqasında çıxış edən 2 futbolçunun da adı var.

 

Bunlar “Qarabağ”ın qapıçısı İbrahim Şehiç və “Qəbələ”nin hücumçusu Ermin Zetsdi. Şehiç millidə 3 oyun keçirdiyi halda, Zets 10 görüşdə iştirak edib və 1 qola imza atıb.

 

Qeyd edək ki, Bosniya və Herseqovina yığması oktyabrın 10-da öz meydanında Uels, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar