Biləsuvarda yanğın: azyaşlı yandı
16 iyun 2017 19:23 (UTC +04:00)

Biləsuvarda yanğın: azyaşlı yandı

Biləsuvar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 62 m2 sahədə və dam örtüyü 60 m2 sahədə yanıb.

 

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 1 azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 151
avatar

APA Baycan

Oxşar yazılar