Bıçaqlandığı ehtimal olunan Göygöl sakını xəstəxanaya yerləşdirilib
04 oktyabr 2015 00:27 (UTC +04:00)

Bıçaqlandığı ehtimal olunan Göygöl sakını xəstəxanaya yerləşdirilib

0

Göygöl rayon sakini ayağından xəsarət alıb. Lent.az-ın məlumatına görə, Göygöl rayon Üçtəpə kənd sakini, 1984-cü il təvəllüdlü Əbülfət Məmmədov sol budun kəsilmiş deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Məlumata görə, Ə. Məmmədov sərxoş olub. Onun ayaq nahiyəsindən bıçaqlandığı da ehtimal edilir.

 

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 177

Oxşar yazılar