Tiklilərdə dağıntılar yoxdur
Bu gecə saat 01:25 radələrində Bərdədən 15 km şimalda 3,3 maqnitudalı zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, zəlzələ Bərdədə 3.0 bala qədər hiss olunub.
Tiklilərdə dağıntılar yoxdur.