Bayram günlərində Azərbaycanda 18 nəfər zəhərlənib
02 yanvar 2016 12:08 (UTC +04:00)

Bayram günlərində Azərbaycanda 18 nəfər zəhərlənib

0

 

Onlardan 12 nəfər dəm qazından, 6 nəfər alkoqoldan zəhərlənib

 

Azərbaycanda bayram günlərində - 31 dekabr, 1 yanvar və 2 yanvar tarixlərində ümumilikdə 12 nəfər dəm qazından zəhərlənib.

 

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin baş toksikoloqu, Klinik Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov bildirib.

 

A. Maqsudov bildirib ki, dəm qazından zəhərlənmə ilə bağlı ölüm faktı və ağırlaşma halları qeydə alınmayıb.

 

Alkoqoldan zəhərlənmə ilə bağlı isə 6 fakt qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar