Bayılda 80 göyərçin CİNAYƏTİ
07 dekabr 2014 15:19 (UTC +04:00)

Bayılda 80 göyərçin CİNAYƏTİ

Bakıda xeyli göyərçin oğurlanıb. Lent.az-ın məlumatına görə, hadisə Bayıl qəsəbəsi G.Əliyev küçəsində baş verib. Həmin küçədə yaşayan 1985-ci il təvəllüdlü Əliyev Əkbər İnqilab oğlu 80 ədəd göyərçininin naməlum şəxs və ya şəxslər tərəfindən aparıldığını bildirib. 8-ci Polis Bölməsinə ərizə ilə müraciət edən Ə.Əliyev qeyd edib ki, dekabrın 2-si və 3-də evdə kimsə olmayıb. Həmin müddətdə həyətdəki damda saxladığı 80 göyərçin naməlum şəraitdə oğurlanıb.

 

Faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 83
avatar

Oxşar yazılar