Ötən il dekabrın 1-də Mərdəkan qəsəbəsi ərazisində yerləşən "Unibanka" məxsus bankomatdan Vahid Sadata məxsus bankomat kartından 2964 manatını çıxarmış şəxs saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elxan Cahangirov tutularaq, istintaqa cəlb edilib. Faktla bağlı araşdırmalar aparılır.
Bankomatdan 2964 manat çıxarıb qaçdı
208