Sevgilisi ilə eyni taleyi yaşadı - faciəvi şəkildə ölən Ayselin <span style="color:red;">FOTOLARI - TƏFƏRRÜAT
01 iyun 2017 18:56 (UTC +04:00)

Sevgilisi ilə eyni taleyi yaşadı - faciəvi şəkildə ölən Ayselin FOTOLARI - TƏFƏRRÜAT

 

Dünən günorta saatlarında Bakının Nərimanov rayonu ərazisində baş vermiş zəncirvari qəzada vəfat edən 32 yaşlı Aysel Quliyevanın fotoları yayılıb. Lent.az xəbər verir ki, "Hyundai Accent" markalı 10 NA 556 dövlət nömrə nişanlı avtomobillə gedərkən əks istiqamətdən gələn avtomobilin bardürü keçərək ona çırpılması nəticəsində vəfat edən 1985-ci il təvəllüdlü Quliyeva Aysel Ruslan qızı biologiya müəllimi olub. Bakıdakı məcburi köçkün məktəblərindən birində müəllimlik etməklə yanaşı, həm də dərs hissə müdiri olan A.Quliyeva işdən çıxıb evə gedirmiş. Maşınının benzini az olduğundan o, yanacaqdoldurma məntəqəsinə getmək qərarına gəlib və buna görə, yolunu Heydər Əliyev prospektindən salıb. Bu zaman Ağamirzə Heybətovun idarə etdiyi "Toyota" markalı, 99 RL 220 nömrəli avtomobil bardürü dağıdaraq yolun əks istiqamətinə keçib və A.Quliyevin sürdüyü "Hyundai" ilə 23 yaşlı Şəhriyar Ələsgərovun sürdüyü "Wolksfagen Passat" markalı, 90 CJ 620 nömrə nişanlı maşına çırpılıb. Nəticədə 32 yaşlı Aysel xəstəxanada vəfat edib. Ş.Ələsgərov ilə sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Bu arada məlum olub ki, Aysel Quliyeva bir neçə il əvvəl nişanlı olub və onun sevgilisi yol qəzasında vəfat edib. Həmin vaxtdan sonra gənc qadın ona gələn evlilik təkliflərini rədd edirmiş.

 

A.Quliyevanın bəzi fotolarını təqdim edirik.

 

*****

 

11:16

 

Bakı şəhərinin Nərimanov rayonu ərazisində baş vermiş zəncirvari qəzada ölən və yaralananların adları açıqlanıb. Lent.az xəbər verir ki, "Toyota", "Wolksfagen" və "Hyundai" markalı üç avtomobilin bir-birinə çırpılması nəticəsində "Hyundai Accent"i idarə edən 32 yaşlı Aysel Quliyeva vəfat edib. Digər avtomobillərdə olan 22 yaşlı Seymur Davudov və 23 yaşlı Şəhriyar Ələsgərov isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

*****

 

9:58

 

Bakının mərkəzində zəncirvari yol qəzası baş verib. Lent.az xəbər verir ki, Nərimanov rayonu ərazisində "Toyota" markalı, 99 RL 220 nömrəli, "Wolksfagen Passat" markalı, 90 CJ 620 nömrə nişanlı və "Hyundai" markalı, 10 NA 556 dövlət qeydiyyat nişanlı 3 avtomobil toqquşub. Nəticədə avtomobillərdə olan şəxslərdən 32 yaşlı qadın vəfat edib, 2 gənc oğlan isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 389
avatar

Nizam Rza

Oxşar yazılar