Bakıda küçənin ortasında qadını niyə zorla maşına mindiriblər? - <span style="color:red;">RƏSMİ
30 iyun 2017 18:22 (UTC +04:00)

Bakıda küçənin ortasında qadını niyə zorla maşına mindiriblər? - RƏSMİ

 

Daxili İşlər Nazirliyi iyunun 29-da bir sıra elektron xəbər portallarında Nərimanov rayonu ərazisində qadının zorla avtomaşına əyləşdirilməsi ilə bağlı yayılmış videogörüntülər araşdırılıb.

 

Nazirlikdən Lent.az-a daxil olan məlumatda qeyd edilib ki, həmin gün səhər saat 7.00 radələrində Bakı şəhər sakini Elnur Həsənov (ad şərtidir) idarə etdiyi “VAZ-21154” markalı avtomaşınla tanışı, Bakı şəhər sakini Mehparə Hüseynovanı (ad şərtidir) mənzilinə apararkən Z.Bünyadov prospektinin Nərimanov rayonu ərazisindən  keçən hissəsində aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb, bu zaman qadın nəqliyyat vasitəsini saxlatdıraraq düşməyə cəhd göstərib. Lakin sürücü mübahisənin qarşısının alınması məqsədi ilə sərnişini zorla avtomaşına əyləşdirib yoluna davam edib.  

 

Dindirmə zamanı M.Hüseynova E.Həsənovla (adlar şərtidir) aralarında dostluq münasibətlərinin olduğunu, onun barəsində hər hansı şikayət və tələbinin olmadığını bildirib.

 

Hazırda faktla bağlı Nərimanov RPİ-də araşdırma davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 248
avatar

Oxşar yazılar