Bakının mərkəzində ər arvadını amansızlıqla öldürdü - TƏFƏRRÜAT - YENİLƏNİB
21 aprel 2016 13:14 (UTC +04:00)

Bakının mərkəzində ər arvadını amansızlıqla öldürdü - TƏFƏRRÜAT - YENİLƏNİB

Aprelin 21-nə keçən gecə Bakı şəhərinin Nəsimi rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, 80 yaşlı həyat yoldaşı Kərimova Nisə İslam qızını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirmiş 1936-cı il təvəllüdlü Hüseynov Abbasəli Qəmbər oğlu artıq saxlanılıb.

 

Bildirilir ki, hadisə baş verəkən 28 May küçəsi 66/68, mənzil 73 ünvanında məlum hadisə baş verərkən evdə ahıl cütlükdən başqa kimsə olmayıb. A.Hüseynov yuxuya getmiş həyat yoldaşının üzərinə hücum çəkərək onun bədəninə çoxsaylı bıçaq xəsarətləri yetirib. Daha sonra o bıçaqla qadının boğazını da kəsib.

 

A.Hüseynov hadisədən sonra ziddiyətli ifadələr verib. Onun həyat yoldaşını hansı səbəbdən qətlə yetirdiyi hələlik məlum deyil.

 

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

 

 

*****

 

10:09

 

Bakıda qətl törədilib. Nəsimi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, rayonun 28 May küçəsində 80 yaşlı Hüseynov Abbasəli Qəmbər oğlu həyat yoldaşı, 80 yaşlı Kərimova Nisə İslam qızını bıçaqlayaraq öldürüb.

 

A. Hüseynov saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252
avatar

Nizam Rza

Oxşar yazılar