Bakıda qadın işlədiyi yerdə cinayət törətdi
12 fevral 2015 15:05 (UTC +04:00)

Bakıda qadın işlədiyi yerdə cinayət törətdi

Bakıda oğurluqda şübhəli bilinən qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 1-də saat 12:40 radələrində, Bül-Bül prospektində Bakı şəhər sakini Fəhmin Əlizadəyə məxsus kimyəvi təmizləmə məntəqəsindən 4000 manat pulu oğurlamaqda şübhəli bilinən, məntəqənin işçisi Neftçala rayon sakini, 1969-cu il təvəllüdlü Mahizər Əsgərova tutulub. 

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 148

Oxşar yazılar