Bakıda yük maşını belə aşdı
11 fevral 2015 13:01 (UTC +04:00)

Bakıda yük maşını belə aşdı

Bakının Qaradağ rayonunda yük maşını aşıb. Lent.az-ın "Report"a istinadən məlumatına görə, qəza zamanı xəsarət alan olmayıb.

 

Belə ki, Qızıldaş qəsəbəsində qumla dolu “Shacman” markalı yük maşını aşıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. İlkin araşdırma zamanı qəzaya səbəb kimi yük maşınının sərt döngədə sürət həddini aşması əsas göstərilir.

 

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 164

Oxşar yazılar