Bu gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Nərimanov rayonunda mənzildə 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər giriş qapısını açaraq mənzilə baxış keçirib, yatmış vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 04:23-də başa çatıb.