Bakıda yaşayış binasında yanğın: 3 nəfər təxliyyə olundu
26 sentyabr 2015 02:11 (UTC +04:00)

Bakıda yaşayış binasında yanğın: 3 nəfər təxliyyə olundu

0

Bakıda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən vətəndaşa məxsus sahəsi 10 kv.m olan otağın içərisinə yığılmış şirniyyat qutuları 5 kv.m sahədə və 0.5 p.m elektrik kabeli yanıb. Yanğın zamanı 5-ci mərtəbə mənzildən 3 nəfər sakin təxliyə olunub.

 

Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 237

Oxşar yazılar