Bakıda avtobuslar yağış sularında belə batdı
13 fevral 2015 10:36 (UTC +04:00)

Bakıda avtobuslar yağış sularında belə batdı

Bu gecə yağan yağış paytaxt Bakıda ciddi problemlərə yol açıb. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, yağış Bakının bir neçə küçə və prospektlərində nəqliyyatın hərəkəti iflic edib. 

Əsas problemlərdən biri də Bakı-Şamaxı yolunda yaşanıb. Oxucuların ANS PRESS-ə verdikləri məlumata görə, yolun 14-cü km-də yağış sularından nəhəng gölməçələr meydana gəlib. 

Nəticədə hərəkət edən sərnişin avtobuslarının hərəkətində problem yaranıb. 

Verilən məlumata görə, içi dolu olan 2 avtobus su gölməçəsində batıb. 

Xatırladaq ki, bənzər vəziyyət paytaxtın Nərimanov rayonu ərazisindəki “Çerment” körpüsü kimi tanınan yerdə baş verib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 330

Oxşar yazılar