Bakıda viza almaq istəyən şəxsi aldatdılar
27 sentyabr 2015 12:43 (UTC +04:00)

Bakıda viza almaq istəyən şəxsi aldatdılar

Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib. Lent.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarına müraciət edən 1974-cü il təvəllüdlü Nuriyev Fariz Vəli oğlu bildirib ki, Vüsal adlı şəxs onun xeyli miqdarda pulunu mənimsəyib. Şikayətçi qeyd edib ki, avqust ayında Xəqani bağında həmin şəxsə onun üçün viza düzəltməsi üçün 400 dollar və 800 manat pul verib. Lakin üstündən xeyli vaxt keçməsinə baxmayaraq həmin şəxs vədinə əməl etməyib və aldığı pulu da geri qaytarmayıb.

 

Müraciət əsasında araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193
avatar

Oxşar yazılar