Bakıda qətl törədən şəxslər sərhəddə yaxalandı
21 sentyabr 2015 17:01 (UTC +04:00)

Bakıda qətl törədən şəxslər sərhəddə yaxalandı

0

Sentyabrın 20-də Biləsuvar rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini İran İslam Respublikası istiqamətində pozmağa cəhd göstərən 2 nəfər və onlara vasitəçilik edən 1 nəfər saxlanılıb. Lent.az Dövlət Sərhəd Xidmətinin saytına istinadən xəbər verir ki, araşdırmalarla müəyyən olunub ki, Azərbaycan vətəndaşı Əliyev Rövşən Natiq oğlu 18.09.2015-ci il tarixdə Bakı şəhərində yerləşən “Lion” kafesində baş vermiş qətl hadisəsində şübhəli bilinən və cinayət yerindən qaçmış, əvvəllər məhkum olunmuş Ağayev Niyaməddin Xanhüseyn oğlu və Hətəmov Nurəddin Nurməmməd oğlunu dövlət sərhədindən qanunsuz keçirmək məqsədi ilə idarə etdiyi avtomaşınla Biləsuvar rayonunun sərhədyanı ərazisinə apararaq köməklik edib.

 

Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində Hətəmov Nurəddin Nurməmməd oğlu, Ağayev Niyaməddin Xanhüseyn oğlu və Əliyev Rövşən Natiq oğlu sərhədyanı ərazidə saxlanılıb.

 

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 329

Oxşar yazılar