Bu gecə Bakıda daha bir qətl hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Sabunçu qəsəbəsindəki 86 saylı uşaq bağçasının yataqxanasında 1991-ci il təvəllüdlü İsmayılov Nihad Məhəmmədqiyas oğlu bıçaqlanıb. Budun və sifət nahiyəsindən ağır xəsarət alan 23 yaşlı oğlan 3 saylı şəhər xəstəxanasında keçinib.
İlkin araşdırmalardan sonra hadisəni törətmiş şəxslər müəyyənləşib. Onlardan 1963-cü il təvəllüdlü Səttarov Mirələkbər Vəli oğlu saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb.
*****
06:09
APA-nın məlumatına görə, hadisə rayonun Dərnəgül qəsəbəsi, Ziya Bünyadov prospektində qeydə alınıb. Sabunçu rayon sakini 32 yaşlı Ramin Məzahir oğlu Əliyev "VAZ 2107" markalı maşının içində yaralı halda tapılıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Məlum olub ki, Ramin Əliyevə ürəyindən bıçaq xəsarəti yetirilib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hazırda hüquq-mühafizə orqanları qətli törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirir.