Bakıda qadınları soyan şəxs ələ keçdi
23 sentyabr 2015 11:13 (UTC +04:00)

Bakıda qadınları soyan şəxs ələ keçdi

0

Bakıda soyğunçuluqla məşğul olan şəxs tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 22-də Çəmənzəminli küçəsində yerləşən marketdə Bakı şəhər sakini Lena Əsgərovaya məxsus, içərisində 253 manat olan əl çantasını piştaxtanın üzərindən götürüb qaçan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Ramiz Məhərrəmov tutulub. Müəyyən edilib ki, o, sentyabrın 17-də F.X.Xoyski küçəsində Bakı şəhər sakini Firuzə Süleymanzadənin əlindən içərisində pul, bankomat və metro kartı olan çantasını alıb qaçıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar