Bakıda qadınlara qarşı cinayət törədənlər tutuldu
12 fevral 2015 15:27 (UTC +04:00)

Bakıda qadınlara qarşı cinayət törədənlər tutuldu

Bakıda soyğunçuluqda şübhəli bilinən şəxslər saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, fevralın 10-da saat 07:15 radələrində, M.Davudoğlu küçəsində “VAZ-2108” markalı avtomobillə Bakı şəhər sakini Hüsniyyə Seyidəliyevanın içərisində 5 manat və şəxsi əşyaları olan əl çantasını soyğunçuluq yolu ilə talanıb. Polis əməkdaşlarının apardığı əməliyyat-istintaq tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Ucar rayon sakini, 1993-cü il təvəllüdlü Yelmar Surxayzadə və Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Xəyal İsmayılov tutulublar.

 

Bənzər hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.  Keçən il dekabrın 19-da saat 18 radələrində, A.Nemətulla küçəsində Bakı şəhər sakini Əfsanə Xudadayevanın içərisində 50 manat və şəxsi sənədləri olan əl çantasını soyğunçuluq yolu ilə talanıb. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunda şübhəli bilinən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Röyal Məmmədov tutulub.

 

Hər iki faktla bağlı araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 341

Oxşar yazılar