Bakıda qadından hədə-qorxuyla pul alan şəxs saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Əfsanə Abbasovaya hədə-qorxu gəlib 700 ABŞ dollarını almış paytaxt sakini Fəqan Nəcəfov tutulub.
Faktla bağlı araşdırma aparılır.