Bakıda poliklinikanın həyətində qadın bıçaqlanıb. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 7-ci mikrorayonda yerləşən 25 saylı poliklinikanın həyətində baş verib.
Poliklinikada xadimə işləyən Suat Elnurə Məhəmməd qızı əvvəllər şəxsi münasibəti olduğu 1979-cu il təvəllüdlü Anar Qəzənfər oğlu Hüseynov tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. Hadisəni törədən A. Hüseynov tutulub.
Qeyd edək ki, Elnurə Suat Türkiyə vətəndaşı ilə rəsmi nikahda yaşayır.
Faktla bağlı araşdırma aparılır.