Fevralın 13-də axşam saatlarında Bakı şəhərinin Səbail rayonu ərazisində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Salyan şosesində, Bayıl qəsəbəsi ərazisində polis bölmələrindən birinə məxsus “Fiat Dablo” markalı post patrul avtomobili ilə “NAZ Lifan” markalı minik maşını toqquşub. Nəticədə “NAZ Lifan” yoldan çıxıb. Avtomobildə olan 2 qadın isə ağır bədən xəsarətləri alıblar.
Yaralılar yaxınlıqdakı şəxslər tərəfindən xəstəxanaya çatdırılıb.
Faktla əlaqədar araşdırmalar aparılır.