Bakıda oğurluqla məşğul olan gənclər tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 9-u gecə saatlarında Binə qəsəbəsi Südçülük sovxozunda 1980-ci il təvəllüdlü Emin Mahmudova məxsus mağazadan, qapını sındırılmaqla 50 manat, danışıq kartları və tütün məmulatları, 1978-ci il təvəllüdlü Mais Rəhimova məxsus mağazadan eyni üsulla mobil telefon, tütün məmulatları və 50 manat oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib. Beləliklə, Bakı şəhər sakinləri – 1990-cı il təvəllüdlü Taleh Qulu oğlu Mirzəyev, 1997-ci il təvəllüdlü Murad Vaqif oğlu Qəribov, 2000-ci il təvəllüdlü Rəhman İlqar oğlu Məhərrəmov tutulub.
Araşdırmalar davam etdirilir.