Bakının Yasamal rayonunda yol nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, sürətlə hərəkətdə olan avtomobil piyadanı vurub. Hadisə rayonun Şərifzadə küçəsində qeydə alınıb. "Mitsubishi" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Piyada 42 yaşlı Fərman Əsgərov təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Göstərilən tibbi yardımdan sonra onun həyatı üçün təhlükə aradan qaldırılıb. Hadisə yerində olan polis əməkdaşları müayinələr aparıblar. "Mitsubishi"nin sürücüsünün ifadəsi alınıb. Faktla əlaqədar araşdırmalara başlanılıb.

Oxşar yazılar

Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25
Araz çayında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB
14 iyul 2025 , 18:15
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olundu
14 iyul 2025 , 17:21